Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələndi

23.04.2024 [11:25]

Xəbərin mətni

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən maarifləndirmə və profilaktik işlər davam etdirilir. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb.