DİN Astarada 51 kiloqram narkotik aşkarladı
23.04.2024 [18:40]
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. Tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan ümumilikdə 51 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 43 kiloqram marixuana, 3 kiloqram heroin və 5 kiloqram metamfetamin aşkarlanıb.