CƏMİYYƏT
Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr möhkəmlənir
23.04.2024 [21:07]
Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Bu barədə qanun layihəsi bu gün Milli Məclisdə qəbul olunub. Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə sözügedən qanun layihəsi iki ölkə arasındakı ticarət dövriyəsinin, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.