CƏMİYYƏT


Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Romada İtaliyanın “Artcloud Network International” şirkətinin kreativ direktoru Fabrisio Kontinin “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Adn Kronos International SRL” agentliyinin informasiya mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, akademik dairələrin nümayəndələri, memarlar, analitik və ekspertlər iştirak ediblər.