Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
25.04.2024 [21:30]
Xəbərin mətni
Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupu olan “Şencou-18” (Shenzhou-18) missiyasına start verilib. AZƏRTAC xəbər verir ki, “Şencou-18” missiyasında astronavtlar (Çində onları taykonout adlandırırlar) Yı Quanfu, Li Çon və Li Quansu iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 13-cü pilotlu missiyasıdır. Yı Quanfu “Şencou-13” missiyasının üzvü kimi bir dəfə kosmosda olub.