Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

26.04.2024 [11:43]

Xəbərin mətni

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.