CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında fövqəladə hallarla mübarizənin təşkili mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimə FHN-in müvafiq yerli qurumları, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Nəqliyyatda Baş Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsi və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunublar.