CƏMİYYƏT


Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olan 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb. Onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 5 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb.Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.