DÜNYA


Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Çinin “Şencou-18” kosmik gəmisi “Tienqon” kosmik stansiyası ilə birləşib.
AZƏRTAC xəbər verir ki, Çin Kosmos Agentliyi birləşmənin Pekin vaxtı ilə saat 03:32-də (Bakı vaxtı ilə 07.32 - red.), kosmik gəmini orbitə qaldıran daşıyıcı raketin buraxılışından təxminən 6 saat yarım sonra baş tutduğunu açıqlayıb. Birləşmədən sonra “Şencou-18” missiyasının astronavtları Yı Quanfu, Li Çon və Li Quansu stansiyaya keçərək, “Şencou-17”nin 6 aydır stansiyada olan astronavtları ilə görüşüblər.