Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər
26.04.2024 [20:06]
Xəbərin mətni
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının görüşündə əldə olunan razılaşma çərçivəsində Qazaxın qaytarılacaq 4 kəndindən biri də Xeyrımlıdır. Bu kənd 1992-ci il martın 8-də ermənilər tərəfindən işğal olunub, insanlar yurdlarından didərgin düşüblər.
AZƏRTAC xəbər verir ki, Xeyrımlı sakinləri kəndlərinin qaytarılacağı xəbərini böyük sevinclə qarşılayıblar.