Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN Masallı “ASAN xidmət” mərkəzində nəzəri-praktiki tədbir keçirib

27.04.2024 [13:42]

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Masallı “ASAN xidmət” mərkəzində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda nəzəri-praktiki tədbir keçirilib.
Tədbirə FHN-in aidiyyəti qurumlarının, Masallı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Masallı rayon Polis Şöbəsinin və Masallı “ASAN xidmət” mərkəzinin qüvvə və vasitələri cəlb olunub.