Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

27.04.2024 [14:13]

Xəbərin mətni

İşğaldan azad edilən Şuşa rayonunun Qaybalı kəndi ərazisində aprelin 27-də mina hadisəsi baş verib.
AZƏRTAC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatına istinadla bildirir ki, agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.