Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb
27.04.2024 [14:48]
Xəbərin mətni
Səbail rayonunda qızıl satılan mağazalardan birindən oğurluq edilib. Zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törədən Emin Quliyev saxlanılıb.