CƏMİYYƏT
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
27.04.2024 [15:13]
Xəbərin mətni
Aprelin 27-də görkəmli alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib. DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin qadın hərbi qulluqçuları Fəxri xiyabanda Zərifə Əliyevanın məzarını ziyarət edib, ehtiramlarını bildiriblər.