DÜNYA


Çində tornado 5 nəfərin ölümünə səbəb olub

Çinin cənubundakı Quandon vilayətində güclü tornado 5 nəfərin ölümünə, 33 nəfərin xəsarət almasına səbəb olub.
Təbii fəlakət Quandon vilayətinin paytaxtı olan Quancou şəhərinin Conluotan qəsəbəsində qeydə alınıb. Küləyin sürəti saniyədə 20,6 metrə çatıb. Tornado tikililərə, infrastruktura, kommunikasiya xətlərinə, avtomobillərə ziyan vurub, 141 fabrik binası dağılıb.