CƏMİYYƏT
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub
29.04.2024 [15:13]
Xəbərin mətni
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 39 ailə olmaqla, 153 nəfər Füzuli sakini doğma yurduna qovuşub.