Hərbi qulluqçumuzun mina partlayışında xəsarət alması ilə bağlı araşdırma aparılır
29.04.2024 [17:06]
Xəbərin mətni
Azərbaycanın hərbi qulluqçusunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər (DSX) Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.