Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb

30.04.2024 [13:20]

Xəbərin mətni

"İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib. O xatırladıb ki, Dövlət Komissiyası 1992-ci ildən fəaliyyət göstərir. Dövlət Komissiyasının fəaliyyəti dövründə itkin düşmüş şəxslərin siyahısı dəqiqləşdirilib, itkin ailələri ilə çox ciddi iş aparılıb.