CƏMİYYƏT


Adları açıqlanan itkin düşmüş şəxslərin bəzilərinin qalıqları ailələrinə təhvil veriləcək

Bu gün adları açıqlanan itkin düşmüş şəxslərin bəzilərinin qalıqları ailələrinə təhvil veriləcək. AZƏRTAC xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib.