Azərbaycan Dövlət İnformasiya Agentliyi

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib

30.04.2024 [17:32]

Xəbərin mətni

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 25-ci ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb.
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində xatirə ağacları əkilib.
Sonra təlim meydanında xüsusi təyinatlıların istifadəsində olan müasir silah və texnikaya baxış keçirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI