CƏMİYYƏT


Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Hazırda biz Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyindəyik. Burada keçən əsrin 60-70-ci illərində yolun həm sağ, həm də sol tərəfində Eldar şamı cinsindən ibarət meşə zolağı salınıb. Son illər ərzində burada meşənin ziyanvericilərlə və xəstəliklərlə yoluxması müşahidə edilib. Buna qarşı müəyyən profilaktik tədbirlər görülməsinə baxmayaraq, ərazidə kütləvi yoluxma daha da genişlənib və Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyub.