3 qəsəbədən kəsici-deşici alətlər yığışdırıldı
01.05.2024 [13:37]
Xəbərin mətni
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində keçirdikləri tədbirlər nəticəsində 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a veriləm məlumata görə, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.