SİYASƏT


Moskva Patriarxlığının nümayəndəsi: Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük

Azərbaycana müqəddəs Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin xeyir-duası ilə bu günlərdə Bakıda keçirilən forumda iştirak etmək üçün gəlmişəm. Bu forum çoxlu sayda ictimai, mədəni, həmçinin dini xadimi bir araya gətirib.

Bu barədə AZƏRTAC-a “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin “Dinlərarası dialoq yolu ilə etimadın möhkəmləndirilməsi” mövzusunda Bakı görüşündə iştirak edən Moskva Patriarxlığının Xarici kilsə əlaqələri şöbəsinin rəhbəri, mitropolit Anatoli Volokolamski bildirib.