DÜNYA


Çinin üçüncü təyyarədaşıyan gəmisi ilk səfərinə başlayıb

Çinin üçüncü təyyarədaşıyan gəmisi olan “Fucien” mayın 1-də Şanxaydakı Ciannan gəmiqayırma zavodundan ilk səfərinə başlayıb. AZƏRTAC xəbər verir ki, ilk səyahət zamanı yeni nəsil təyyarədaşıyan gəmidə bir neçə parametr üzrə sınaqlar aparılacaq. 2022-ci ildə inşası başa çatan gəmidə aparılmış texniki yoxlamalardan sonra onun dəniz səfərinə çıxmasına icazə verilib.