CƏMİYYƏT


İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb

İmişlidə baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 5-ə çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “VAZ-2103” və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində İmişli rayonu sakinləri - 1964-cü il təvəllüdlü Həmzəyev Cavid Ağamalı oğlu, 1983-cü il təvəllüdlü Cabbarlı Rəşad İlham oğlu, 1981-ci il təvəllüdlü Musayeva Ruhəngiz Xəlil qızı, 2018-ci il təvəllüdlü Musayev İsmayıl Niyamədin oğlu və Cəlilabad rayonu sakini - 1985-ci il təvəllüdlü Hüseynov Elçin Ağaxan oğlu xəsarət alıblar. Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.