RƏSMİ


Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanaraq dünyanın müxtəlif ölkələrindən çox sayda nüfuzlu qonağın iştirak etdiyi bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi qeyd olundu.
Azərbaycanla İraq arasında əlaqələrin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı hazırda İraqda sabitliyin, əmin-amanlığın təmin edilməsini müsbət amil kimi qiymətləndirdi.