CƏMİYYƏT


Azərbaycanda barama mövsümünə start verilib

Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib. Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən 19 baramaçılıq rayonundan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanılması həyata keçirilib.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, 19 rayondan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər.