CƏMİYYƏT


Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb

Mayın 2-də Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərdə keçirdikləri tədbirlər nəticəsində 5 obyektdə xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 162 ədəd kəsici-deşici alət aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları Yeni Günəşli qəsəbəsindəki mağazalardan birindən 73 soyuq silah hesab edilən bıçaq aşkarlayıblar.