DÜNYA
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
03.05.2024 [16:41]
Xəbərin mətni
Çin Ayın görünməyən tərəfindən nümunələr toplamaq və onları Yerə gətirmək üçün “Çanye-6” kosmik cihazı orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, kosmik aparatı orbitə aparan “Böyük yürüş-5” (Long March-5) daşıyıcı raket mayın 3-də yerli vaxtla saat 17:30 radələrində ölkənin cənubundakı Haynan adasında yerləşən Vençan kosmodromundan buraxılıb. Bu, bəşəriyyət tarixində Ayın Yerdən görünməyən tərəfindən torpaq və qaya nümunələr gətirmək üçün göstərilən ilk cəhddir.