Azərbaycan Dövlət İnformasiya Agentliyi

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

03.05.2024 [16:59]

Xəbərin mətni

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, səyyahlar Laçın şəhərinə səfər ediblər.
Onlar əvvəlcə şəhərin Seyrəngah ərazisinə gəlib, burada Laçın şəhərinin tarixi barədə məlumat əldə ediblər.