CƏMİYYƏT


Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərimizin sakinləri üçün Ağdam rayonunda təşkil olunan peşə tədrisi prosesi ilə tanışlıq olub.

Qeyd olunub ki, Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinin təşkil etdiyi kurslarda geniş profilli dəzgahçı peşəsi öyrədilir.

İki ay davam edən kurslar nəzəri və praktiki təlimlərdən ibarətdir. Təlimlərin praktiki hissəsini Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər həyata keçirir. Üç qrup üzrə təşkil edilən kurslara artıq 31 nəfər cəlb edilib. Kursları uğurla bitirənlərin işlə təminatına da dəstək göstərilir.