Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir

04.05.2024 [13:42]

Xəbərin mətni

Bütün bunlar inanılmazdır. Bu regiona (işğaldan azad olunmuş ərazilərə – red.) səfər edərək burada minaların zərərsizləşdirilməsi prosesini izləmək, binaların müharibə nəticəsində dağıdılmasını görmək çox ağrılı olsa da, hazırda burada aparılan bərpa və yenidənqurma işləri Azərbaycana yenidən ümid verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun üzvü Kamila Vaden söyləyib.