CƏMİYYƏT


Qarabağ atları, milli musiqimiz və Azərbaycan rəqsləri Birləşmiş Krallıqda

Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda nümayəndə heyətimizin tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanan çıxışları uğurla başa çatıb.

Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu möhtəşəm tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutub. 

Mötəbər tədbirdə təmsilçilərimiz tərəfindən çılğınlığı və gözəlliyi ilə özünə heyranlar ordusu toplamış, performansı ilə xüsusi seçilən Qarabağ atları, ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.