CƏMİYYƏT


Yağış Kürdəmirdə fəsadlar törədib

Ötən gecə Kürdəmirə yağan leysan yağışdan sonra bəzi fəsadlar ortaya çıxıb. Gecə saatlarında aramsız davam edən güclü yağış bir neçə küçə və prospektdə avtomobillərin hərəkətində çətinlik yaradıb. Rayonun Çölərəb kəndində sakinlərə məxsus meyvə bağlarını, həmçinin həyətləri, evləri, yardımçı tikililəri, tövlələri yağış suları basıb. Yerli sakinlər çətinliyin aradan qaldırılması və gələcəkdə bu cür problemlərin ortaya çıxmaması üçün çıxış yolunu kənd ərazisində mövcud kanalların yenidən qazılmasında və təmizlənməsində görürlər.