Xınalığa qar yağır
07.05.2024 [10:46]
Xəbərin mətni
Mayın 7-si səhər saatlarından Qubanın ucqar yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Xınalıq kəndi sakinlərinin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə ötən gündən hava şəraiti kəskin soyuyub. Bu gün səhər saatlarından isə sulu qar və qar yağmağa başlayıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ötən gecə ən aşağı temperatur Qırız kəndində qeydə alınıb. Ucqar dağlıq ərazilərdə temperatur +1 dərəcəyədək aşağı düşüb.