Rusiya Prezidentinin inauqurasiyası keçirilir
07.05.2024 [13:02]
Moskvada Böyük Kreml sarayının Andreyevsk zalında Rusiya Prezidentinin inauqurasiyası keçirilir.
Bu, Vladimir Putinin beşinci inauqurasiyasıdır, onun hazırkı prezidentliyi isə 2030-cu ilədək davam edəcək. Vladimir Putinin 2000-ci ildə ilk inauqurasiyasının keçirildiyi vaxtdan bəri mərasim mayın 7-də təşkil edilir.