CƏMİYYƏT
Azərbaycanda heyvanlara rəhmsiz davrananlara qarşı cərimələr artırılır
07.05.2024 [19:01]
Azərbaycanda heyvanlara rəhmsiz davrananlara qarşı qaydalar sərtləşdirilir. Hazırki qanunvericilikdə bununla bağlı cərimələrin məbləği 500 manatdır. ETSN-nin Hüquq və İnsan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyir ki, ilkin olaraq cərimələrin artırılması nəzərdə tutulur. Sivil dövlətlərdə heyvanlarla rəhmsiz davranılması görə ən sərt qaydalar mövcuddur. Böyük məbləğdə cərimə, hətta azadlıqdan məhrum etmə kimi cəzalar da tətbiq olunur. Azərbaycanda «Heyvanlarla məsuliyyətli davranış haqqında» qanun layihəsinin qəbul edilməsindən sonra heyvanlarla rəhmsiz davranış hallarının azalacağı ehtimal olunur. Qeyd edək ki, qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmələr keçirilir.