DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib
09.05.2024 [12:56]
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində (DİN) xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, Azərbaycanı məhv olmaq təhlükəsindən qoruyan, müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.