SİYASƏT


Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə biznes forumu keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz biznes forumun açılışında iştirak ediblər.