Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
11.05.2024 [12:03]
Xəbərin mətni
Azərbaycanın ABŞ-dəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbirdə səfirliyin heyəti və ABŞ-də yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövrlərində Heydər Əliyevin keçdiyi çətin və keşməkeşli yoldan, apardığı mübarizələrdən danışıb. Diplomat ölkəmizin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğurun Ulu Öndərin zəkasının təcəssümü, onun əmanət qoyduğu milli tərəqqi ideyalarının qələbəsi olduğunu vurğulayıb.