SİYASƏT
Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi
11.05.2024 [14:59]
Xəbərin mətni
Azərbaycanın çox çətin vəziyyətdə olduğu dövrdə Heydər Əliyevlə görüşmək üçün Novruz bayramı ərəfəsində Naxçıvana getdim. Haqqında çox eşitdiyim belə böyük şəxsiyyəti görmək istəyim bitib-tükənmirdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Fransanın bu ölkədə ilk səfiri təyin olundum. Həmin vaxt Azərbaycan çətin vəziyyətdə, hətta parçalanmaq təhlükəsi ilə üz-üzə idi.
Bu fikirləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş anım tədbirində Fransanın ölkəmizdə ilk səfiri olmuş Jan Perrən AZƏRTAC-a müsahibəsində söyləyib.