Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var
12.05.2024 [10:46]
Xəbərin mətni
Goranboyda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.