ANAMA: Ötən həftə 358 partlamamış hərbi sursat zərərsizləşdirilib
13.05.2024 [13:32]
Xəbərin mətni
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, mayın 6-dan 12-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 6, tank əleyhinə 32 mina və 358 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.