DÜNYA
Ermənistanda etiraz aksiyalarının 88 iştirakçısı saxlanılıb
13.05.2024 [14:53]
Xəbərin mətni
Ermənistan polisi bu gün səhər saatlarında İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa başlayıb.
AZƏRTAC xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək aksiyalarda iştirak edən 88 nəfər saxlanılıb.
Hazırda müxalifət tərəfdarları arxiyepiskop Baqratın çağırışı ilə İrəvanın küçələrini bağlamağa başlayıb. Aksiyaların davam etdiyi əraziyə əlavə polis qüvvələri cəlb olunub.