CƏMİYYƏT


30 ildən sonra nəşi tapılan şəhidlər Ağdamda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məhərrəm Əzizovun və Hikmət Əliyevin meyitlərinin qalıqları Ağdam rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, şəhidlərin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazından sonra şəhidlər Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhlarına dualar oxunub.