Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada iki avtomobil toqquşub, ölənlər var

13.05.2024 [19:24]

Xəbərin mətni

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, “VAZ 2107” və “Niva-Chevrolet” markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitələrinin sürət həddini aşması olub.