Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Departamenti: Regionda sülh prosesini dəstəkləməyə davam edəcəyik

14.05.2024 [00:32]

Xəbərin mətni

Biz regionda sülhün mümkünlüyünə inanmaqda davam edirik.
Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel keçirdiyi mətbuat konfransında AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftə Almatıda keçirilən görüşü ilə bağlı sualını cavablandırarkən deyib.
O bildirib ki, bu məsələ ilə bağlı ABŞ dövlət katibi və digərləri çox yaxından maraqlanırlar: “Tərəflər arasında danışıqların necə keçməsinə dair yeni məlumatım yoxdur, amma biz regionda sülh prosesini dəstəkləməyə davam edəcəyik”.

BÖLMƏNİN DİGƏR VİDEOLARI