Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda minik avtomobilləri toqquşub, yaralılar var

14.05.2024 [01:08]

Xəbərin mətni

Mayın 13-ü axşam saatlarında Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz-Quba yolunun Hacıəlibəy kəndi ərazisindən keçən hissəsində “VAZ 2104” və “Chevrolet Cruze” markalı nəqliyyat vasitələri toqquşub.
Qəza zamanı avtomobillərdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.