İsmayıllı - Qəbələ yolunu sel basıb
14.05.2024 [11:03]
İsmayıllıda axşam saatlarında yağan güclü leysan xarakterli yağış selə səbəb olub. Nəticədə İsmayıllı - Qəbələ yolunu sel basıb, avtomobillər yolda qalıb. Sel sularının dağlardan gətirdiyi daşlar, ağackötükləri və lil qatı suötürücü boruları bağladığından sel istiqamətini dəyişərək yolun hərəkət hissəsinə və digər ərazilərə axıb. Əraziyə ağır texnikalar cəlb olunaraq, suötürücü borular təmizlənib, sel suları lazımı istiqamətə yönləndilirib. Bundan sonra nəqliyyatın hərəkətini bərpa edilib.