SİYASƏT
Nazir: Azərbaycan hər zaman ATƏT-in təməl prinsiplərinə riayət edilməsinin tərəfdarı olub
14.05.2024 [13:26]
Xəbərin mətni
Azərbaycanın prinsipləri hər zaman ATƏT-in təməl prinsiplərinin gözlənilməsindən, bütün dövlətlər tərəfindən onlara riayət edilməsindən ibarət olub. Xüsusilə ölkələrin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlər toxunulmazlığı prinsiplərinə və çoxtərəfliliyə hörmət olunmasını, bu yanaşmadan irəli gələrək addımların atılmasını önəmli hesab edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.